ABŞ-da terror aktı törətmək istəyən Honduras vətəndaşı saxlanılıb
24-10-2017, 09:10
ABŞ-ın Florida ştatında, Mayami şəhərində yerləşən ticarət mərkəzlərindən birində terror aktı törətmək istəyən Honduras vətəndaşı saxlanılıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 53 yaşı olan Visente Solano 2002-ci ildə ABŞ-a turist kimi gəlib və daha sonra ölkədə yaşamaq icazəsi alıb.
Məlumata əsasən, V.Solanonun terror aktı hazırladığı FTB əməkdaşları tərəfindən öyrənilib. FTB əməkdaşları özlərini terrorçu kimi təqdim edərək V.Solano ilə tanış olublar və ondan terror aktı hazırladığını öyrəniblər. Terror aktına hazırlıqlar hüquq-müdafiə orqanlarının nəzarəti altında keçib. V.Solanoya mulyaj partlayıcı qurğu verilib və o, ticarət mərkəzinə gedib. Bundan sonra Visente Solano FTB əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda Honduras vətəndaşını ömürlük həbs cəzası və 250 min dollar cərimə gözləyir.