Saakaşvili deportasiyanın bir addımlığında: Siyasətçi qaçqın statusunu da ala bilmədi

24-10-2017, 17:43           

FaktXəbər-in verdiyi məlumata görə, Ukraynanın Miqrasiya Xidməti Odessanın sabiq qubernatoru Mixail Saakaşviliyə qaçqın statusu verməkdən imtina edib. Bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

"Bizdə yeni xəbər var. Mən əvvəllər bəyan etmişdim ki, Saakaşvilini deportasiya və ya ekstradisiya etmək mümkün deyil. Çünki həmin vaxt onun müəyyən statusu var idi. Hazırda Dövlət Miqrasiya Xidməti onun qaçqın statusu almaqla bağlı ərizəsinə rədd cavabı verib",-deyə Ukraynanın baş prokuroru Yuri Lutsenko bildirib.

Onun sözlərinə görə, Saakaşvili qərara etiraz etmək üçün məhkəməyə müraciət etməyib: "Bununla da Saakaşvilinin deporatsiya və ekstradisiyasına mane olacaq xüsusi bir səbəb qalmayıb".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru