Çində stüardessa təyyarədən yıxılıb

25-10-2017, 08:52           

Qapını bağlamağa çalışarkən laynerdən aşağı düşüb
Çinin "China Eastern" aviaşirkətinin stüardessası qapını bağlamağa çalışarkən laynerdən aşağı yıxılıb. "Report" "South China Morning Post"a istinadən xəbər verir ki, hadisə oktyabrın 23-də Şençjen hava limanında baş verib. Üç metr hündürlükdən düşən qadını təyyarəni uçuş öncəsi son dəfə yoxlayan texniki işçilər aşkar edib. Xəstəxanaya çatdırılan xanımda müxtəlif dərəcəli sınıqlar və zədələr aşkar olunub.
Nəşrin bildirdiyinə görə, stüardessa qapının bağlanması zamanı ekipajın iki üzvünün iştirakının zəruri olması ilə bağlı qaydanı pozaraq qapını təkbaşına bağlamağa çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru