ABŞ-da təbii fəlakətdən ziyan çəkənlərə yardım üçün 36 mlrd. dollar ayrılıb

25-10-2017, 09:40           
ABŞ-da təbii fəlakətdən ziyan çəkənlərə yardım üçün 36 mlrd. dollar ayrılıb
ABŞ Senatı Nümayəndələr Palatasının ardınca “İrma”, “Harvi” və “Mariya” qasırğaları, habelə Kaliforniya və digər ştatlarda yanğınlar nəticəsində ziyan çəkmiş insanlara yardım məqsədi ilə 36 mlrd. dolların ayrılmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, vəsaitlərin 18,7 mlrd. dolları Fövqəladə Hallar üzrə Federal Agentliyinə (FEMA), 16 mlrd. dolları daşqınlar üzrə sığorta ödənişlərinin maliyyələşdirilməsinə, 577 mln. dolları yanğınlarla mübarizənin gücləndirilməsinə və 1,27 mlrd. dolları “Mariya” qasırğasından ziyan çəkmiş Puerto Rikoya ərzaq yardımına yönəldiləcək.

Qanun layihəsi təsdiqlənməsi üçün prezident Donald Trampa təqdim ediləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.