Rusiyada həyəcan: Sibirdə ekstremizm getdikcə artır

25-10-2017, 11:19           

Sibir Federal Dairəsində ekstremist cinayətkarlıq keçən illə müqayisədə 14% artıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev söyləyib.

“Bu ilin 8 ayında dairədə 150 ekstremist cinayət qeydə alınıb. Keçən illə müqayisədə bu 14% artım deməkdir. Biz internet və kitabxanalarda ekstremist materialların aşkar edilməsi ilə bağlı işimizi aktivləşdirmişik. Sibirdə, ümumiyyətlə, cinayətkarlıq halları hələ də yüksək səviyyədədir. 2017-ci ilin birinci yarısında Sibirdə 180 min cinayət törədilib. Xüsusi aktivlik Tuva respublikası və Zabaykal əyalətlərində qeydə alınıb”, – deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru