Ermənistanda tələbələr əsgər aparılacaq - Möhlət hüququ ləğv edildi

25-10-2017, 13:58           
Ermənistanda tələbələr əsgər aparılacaq - Möhlət hüququ ləğv edildi
Ermənistan parlamentinin bu gün keçirilən iclasında “Müdafiə” haqqında qanun layihəsini ilk oxunuşda qəbul edilib.

AzVision.az “Novosti Armeniya”-ya istinadən xəbər verir ki, yeni qanun layihəsi tələbələrə təhsil aldığı dövrdə möhlət verilməsi hüququnu ləğv edir.

Məlumata əsasən, qanun layihəsinin lehinə 86 deputat, əleyhinə isə 9 nəfər səs verib.

“Yelk” (Çıxış) blokunun parlament fraksiyasının rəhbəri Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının formalaşdırılması prinsipini özündə əksə etdirən, həmçinin hərbi-sənaye kompleksinin inkişaf templərini nəzərdə tutan qanun layihəsini sərt şəkildə tənqid edib.

Yeni qanun layihəsinə əsasən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi sülh dövründə müdafiə nazirinə, müharibə dövründə isə Ali Baş Komandana, yəni baş nazirə tabe olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru