Bərzani bu gün istefaya gedəcək

26-10-2017, 11:42           
Bərzani bu gün istefaya gedəcək
Bu gün İraq Kürd Muxtariyyətinin parlamenti Məsud Bərzani və onun müavininin vəzifə səlahiyyətlərinin dayandırılması ilə bağlı iclas keçirəcək.

Azərbaycan 24 xəbər verir ki, bu barədə RİA-ya Kürd Muxtariyyəti parlamentinin Maliyyə və İqtisadiyyat məsələləri komitəsinin sədri İzzət Sabir danışıb.

“Məsud Bərzaninin (İraq Kürdüstanın rəhbəri) səlahiyyət müddəti 1 noyabrda başa çatacaq. Siyasi və hüquqi vakuuma çatmadan əvvəl onun səlahiyyətləri parlament və Nazirlər Kabineti arasında bölünəcək. Bu mövzuda iclas bu gün saat 11-də keçiriləcək”, – Kürdüstan Yurdsevərlər Birliyinin qanunverici məclisdə təmsil olunan parlament komitəsinin rəhbəri bildirib.

Sabir qeyd edib ki, Məsud Bərzani və onun müavini Kosret Rəsulun səlahiyyətləri dayandırılacaq.

“Seçkilər 8 ay müddətinə təxirə salınıb və bu müddətə qədər muxtariyyət rəhbərinin administrasiyasının fəaliyyəti dayandırılacaq”, – siyasətçi əlavə edib.

Xatırladaq ki, bölgədə sonuncu dəfə parlament seçkiləri 2013-cü ildə keçirilib. Muxtariyyətin rəhbəri seçkisi isə 2009-cu ilə təsadüf edib. Məsud Bərzaninin səlahiyyət müddəti 2013-cü ildə başa çatıb və iki dəfə uzadılıb: parlament və məhkəmə tərəfindən. Bir qədər əvvəl isə Məsud Bərzani növbəti dəfə seçkilərdə namizədliyini irəli sürməyəcəyini açıqlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.