ABŞ-ın Rusiya üzrə xüsusi prokuroru ilk ittihamları irəli sürüb

28-10-2017, 09:29           
ABŞ-ın Rusiya üzrə xüsusi prokuroru ilk ittihamları irəli sürüb
Vaşinqtonun Məhkəmə İclasçıları Federal Məhkəməsi ABŞ-ın "Rusiya müdaxiləsi" üzrə xüsusi prokuroru Robert Müller tərəfindən irəli sürülmüş birinci ittihamları təsdiq edib.
"Report" xəbər verir ki, bu haqda məlumatlı mənbələrə istinadən "CNN" bildirib.
Lakin telekanal detalları dəqiqləşdirmir və adları sadalamayır. Çünki sənədlər möhürlənib. Həmçinin ittihamların xarakteri naməlumdur.
Gözlənilir ki, bazar ertəsi, oktyabrın 30-da ittihamların təqdim edildiyi bəzi şəxslər həbs edilə bilərlər.
Müllerin nümayəndəsi şərh verməkdən imtina edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru