ABŞ “Patriot”ları Rusiyanın 150 raketini məhv etdi

16-11-2017, 17:42           
ABŞ “Patriot”ları Rusiyanın 150 raketini məhv etdi
ABŞ-ın Səudiyyə Ərəbistanına tədarük etdiyi “Patriot” raket əleyhinə kompleksləri vasitəsilə 2015-ci ildən indiyə qədər Ər-Riyad Yəməndən atılan SSRİ istehsalı olan 100-dən çox raketin qarşısını alıb.

Axar.az xəbər verir ki, bu barədə informasiya “Patriot” komplekslərinin istehsalını həyata keçirən ABŞ-ın “Raytheon” şirkətinin hesabatında yer alıb. Hesabatda raketlərin 90%-nin qarşısının Patriot PAC-2 kompleksləri, 10%-nin isə Patriot PAC-3 kompleksləri ilə alındığı bildirilib.

Şirkət həmçinin Birləşmiş Ərəb Əmirliklərinin də Yəmən raketlərini “Patriot”lar vasitəsilə məhv etdiyini vurğulayıb.

Qeyd edək ki, ümumilikdə Yəməndən bu il ərzində başqa ölkələrə 150 raket atılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru