Maliyyə nazirliyinə şok ittiham - "Bizimlə üskük oynayırlar"..
6-08-2015, 21:26
Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukrayna Maliyyə Nazirliyini ittiham edib.
Axar.az xəbər verir ki, qubernatorun sözlərinə görə, nazirlik bu ilin iyulundan başlayaraq Odessa gömrüyünün gəlir planının 1.5 dəfə artırılması ilə bağlı yalan hesabat verib.
Saakaşvili bu barədə iqtisadi inkişaf şurasının növbəti iclası zamanı keçirilən brifinqdə deyib.
“Maliyyə Nazirliyi faktiki olaraq Oddesa gömrüyünün aylıq gəlir planını 1.5 dəfə artırıb. Bunu kim edib - bilmirəm, amma görürəm, eşidirəm ki, gömrük planının 20 faizi müəmmalı şəkildə qaldırılır, 30 faiz isə harasa yoxa çıxır. Realda isə iyunun əvvəlindən 1.5 dəfə qaldırıldığı göstərilir. Bu, elementar aldatmaqdır. Bizimlə üskük oynayırlar”, – Saakaşvili deyib.