Dünyanın ən dəhşətli individual silahı - VİDEO
22-11-2017, 06:18

Ondan müdafiə olunmaq mümkünsüzdür
Kosmik elmlər üzrə mütəxəssis İlon Maks və tanınmış fizik alim Stiven Hokinq qeyri-adi mətbuat konfransı keçiriblər.
Hurriyyet.org xəbər verir ki, alimlər konfransa qatılanları insanlığı qarşıda gözləyən ən qorxunc silahla tanış ediblər. Onların fikrincə, texnologiya bu səviyyədə inkişaf edərsə, yaxın vaxtlarda individual silah yaradılacaq ki, ondan da praktik olaraq müdafiə olunmaq, gizlənmək, mümkünsüz olacaq.
Videodan da aydın görünür ki, kvadrokopter manekeni nişan alaraq başında dəlik açır. Yəni onunla istənilən nişançı asanlıqla hədəfinin həyatına son verə biləcək.
Belə texnologiyalar, çox güman ki, müharibələrdə əvəzsiz olacaq. Əsasən, xüsusi xidmət orqanları “lazımsız adamları” bu yolla asanlıqla aradan qaldıra biləcəklər.
Sözügedən video bir müddət əvvəl Cenevrədə BMT-nin nümayəndələrinə nümayiş olunub. Bu silah həm də istənilən şüşədən keçərək hədəfi yaxalaya bilir. Bu isə o deməkdir ki, “ağllı silah” həm də kimlərəsə mane olan siyasətçilərə də tuşlana bilər.