Rusiya Krımı 2013-cü ildən öz ərazisi sayıb – Fotofakt
6-08-2015, 23:02
Rusiya hələ 2013-cü ildə Krımı öz ərazisi adlandırıb.
Axar.az xəbər verir ki, bu barədə sübutlar Litva Xarici İşlər Nazirliyi tərəfindən ictimaiyyətə təqdim edib.
Bu sübutlar bir müddət öncə Litvanın Kalininqraddakı Konsulluğuna Rusiya vətəndaşının müraciətindən sonra üzə çıxıb. Belə ki, 1992-ci il təvəllüdlü şəxsin pasportundan doğum yeri Krım kimi göstərilib. Lakin maraqlı məqam ona pasportun 24 dekabr 2013-cü ildə verilməsidir. Məhz həmin tarixdə verilən pasportda vətəndaşın doğum yeri “Krım Respublikası/Rusiya” kimi göstərilib. Digər maraqlı məqam isə pasportun Putinlə Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin görüşündən cəmi bir həftə sonra verilməsidir. 17 dekabr 2013-cü ildə keçirilən görüş Rusiyanın Ukraynaya 15 milyard dollar kredit verməsilə nəticələnmişdi.
Qeyd edək ki, Krım Rusiyaya 2014-cü ilin martında anneksiya olunub.