Rusiya “İsgəndər”lərinin yerləri deşifrə edildi – Şok sənəd

7-08-2015, 17:08           

“Anonim internasional” haker qrupu “İsgəndər-M” raket komplekslərinin və Rusiyanın atom sualtı qayıqlarının yerləşmə yerini deşifrə edib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “TJournal” saytı yayıb. Hakerlər Rusiya Müdafiə Nazirliyinin məxfi sənədlərini və Müdafiə naziri Sergey Şoyqunun iclaslarının mətnlərini “Yandeks”, “Mail.ru” və “Gmail” elektron poçt servisləri vasitəsilə əldə ediblər. Bundan başqa, “İsgəndər-M” raketləri üçün 2014-cü ildə Leninqrad vilayəti (Luqa şəhəri), Krasnodar vilayəti (Molkino qəsəbəsi), Şimali Osetiya (Mozdok şəhəri), Birobidjane, Orenburq vilayəti (Totskoye qəsəbəsi), Həştərxan vilayətində (Znamensk şəhəri) xüsusi olaraq bir obyekt tikilməli olduğu üzə çıxıb. “İsgəndər-M” raketləri üçün başqa bir baza İvanovsk vilayətində (Şuya şəhəri) yerləşməli olsa da, onun üçün yerin hazırlığı 2015-ci ildə hazır olmalıydı. Atom sualtı qayıqlarına gəlincə isə hakerlərə bəlli olan tək şey Müdafiə Nazirliyinin 2014-cü ildən etibarən Sakit okean donanması üçün yeni sualtı gəmilərin tikilişini sifariş verməsidir. Bu proqram 2017-ci ilə qədər başa çatdırılmalıdır.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.