Almaniyanın XİN rəhbəri Avropa Birləşmiş Ştatları ideyasını dəstəkləyib

11-12-2017, 08:26           
Almaniyanın XİN rəhbəri Avropa Birləşmiş Ştatları ideyasını dəstəkləyib
Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel Sosial Demokrat Partiyasının sədri Martin Şultsun 2025-ci ilə qədər Avropa Birləşmiş Ştatlarını yaratmaq ideyasını dəstəkləyib.
"Report" xəbər verir ki, bu barədə "ARD" məlumat yayıb.
"Siyasətçiləri bütün vaxtlar (sonrakı inkişafı görməməkdə- red) tənqid edirlər. Və indi kimdəsə - Martin Şultsda Avropanın sonrakı inkişafının ideyası yaranıb və dərhal hamı ona hücum etdi", - deyə Şultsun partiyadaşı Qabriel bildirib.
Nazirin fikrincə, Avropa bütün dünyada bu qitənin vətəndaşlarının maraqlarının müdafiəçisinə çevrilməlidir. O qeyd edib ki, və bu, hər dövlət özü özü üçün mövcud olduqda mümkün deyil.
"Dünya - Asiya, Latın Amerikası, Afrika dəyişir. Təkcə Avropa azalır. Və əgər biz onların qoşulmasaq, onda uşaqlarımız gələcəyə səs verməkdən məhrum olacaqlar", - deyə Qabriel bildirib.
Daha əvvəl bildirilib ki, almanların əksəriyyəti Avropa Birləşmiş Ştatlarının yaradılması ideyasını rədd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru