Böyük Britaniyada güclü qar fəsadlar törədib

11-12-2017, 08:35           
Böyük Britaniyada güclü qar fəsadlar törədib
Böyük Britaniyada güclü qar yağıb, ölkənin bir sıra regionlarında hava və dəmiryol nəqliyyatının hərəkəti iflic olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Uelsin bir neçə rayonunda qarın hündürlüyü 17-30 sm-ə çatıb. Yağan qar Londonun Hitrou hava limanında aviareyslərin təxirə salınması və yaxud ləğvinə səbəb olub.

Britaniyanın bir çox regionunda güclü qar nəticəsində minlərlə ev işıqsız qalıb. Bir çox şəhərlərdə məktəblərin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru