Kim Çen In yüngül gödəkçə və dəri ayaqqabı ilə 2,7 min metrlik dağa qalxdı

11-12-2017, 19:03           

Şimali Koreya lideri Kim Çen In növbəti dəfə hündürlüyü 2,7 min metr olan müqəddəs Pektu dağına qalxıb. Bu haqda ölkə mətbuatı xəbər yayıb.

Hurriyyet.org bildirir ki, siyasətçinin bu qədər çətin yüksəkliyə adi dəri ayaqqabı və yüngül gödəkçəylə qalxması internetdə müzakirələrə səbəb olub.

Şimali Koreya liderinin qar uçqunlarını tərtəmiz, parıldayan ayaqqabılarla keçməsi izləyicilərin diqqətini çəkib.

Zirvəyə çatanda siyasətçi deyib ki, orada hava təəccübləndirəcək dərəcədə - yazdakından da gözəldir.

Qeyd edək ki, yerli mətbuat oxucularını Kim Çen İnin fövqəltəbii qabiliyyətlərə sahib olmasına inandırmağa çalışır. Bildiri ki, o, üç yaşına çatmamış mükəmməl avtomobil sürüb, doqquz yaşında yaxtalarda yarışlarda qalıb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru