Ukrayna prokurorluğu Saakaşvilinin işi ilə bağlı apellyasiya şikayəti verəcək

12-12-2017, 08:42           
Ukrayna prokurorluğu Saakaşvilinin işi ilə bağlı apellyasiya şikayəti verəcək
Biz Saakaşvili barəsində çıxarılan qərarla razı deyilik və apellyasiya şikayəti verəcəyik.

APA-nın “112 Ukrayna”ya istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın baş prokuroru Yuri Lutsenko bəyan edib.

«Mən məhkəmənin qərarı ilə qəti razı deyiləm. Baş prokurorluq Saakaşvili barəsində bütün dəlil-sübutları məhkəməyə təqdim edib. Mən təsəvvür edə bilmirəm, hansı ölkədə vətəndaşlıqdan məhrum edilən şəxs zor gücü ilə sərhədi yarır”, deyə Y.Lutsenko qeyd edib. O əlavə edib ki, Saakaşvilinin təsis etdiyi hərəkat hakimiyyəti devirmək məqsədi ilə yaradılıb.

Ötən axşam Kiyev məhkəməsi Odessa vilayətinin sabiq başçısı, “Yeni Qüvvələr Hərəkatı”nın lideri Mixeil Saakaşvili barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin etməyib. Hakim M.Saakaşvilini Ali Rada deputatlarının zaminliyi ilə sərbəst buraxıb.

Dekabrın 8-də Kiyevdə saxlanılan M.Saakaşvili Ukrayna Cinayət Məcəlləsinin 256-cı maddəsinin birinci hissəsi (cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və onların cinayət əməllərinin gizlədilməsi) ilə ittiham olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru