«Küçə impicment tələb edir!» - «Aydar»ın sabiq komandiri

13-12-2017, 00:39           
«Küçə impicment tələb edir!» - «Aydar»ın sabiq komandiri
Saytın Ukrayna KİV-ə istinadla verdiyi xəbərə görə, Ukraynanın «Aydar» batalyonunun sabiq komandiri, hazırda xalq deputatı Sergey Melniçuk bildirib ki, indi ölkədə «küçə impicment tələb edir». Ukraynalı millətçi Prezident Pyotr Poroşenkonu istefaya sağırıb.

Melniçuk bəyan edib ki, bunun üçün bütün əsaslar var, onu devirmək üçün isə ümumukrayna referendumu keçirmək lazımdır.

«Bu gün görürük ki, Ukraynada baş verənlər «qəlblərin harayı»dır» – deputat Kiyevdəki brifinqdə bildirib.

Ukrayna millətçilərinin lideri blogerlərin petisiyasını dəstəkləməyə çağırış edib. Məsələn, «Change.org» portalındakı petisiyaya artıq yüz minlərlə insan səs verib.

«Xalq da küçənin tələb etdiyini tələb edir. Küçə isə prezidentin impicmentini tələb edir. Əgər Ali Rada hələlik buna reaksiya vermir və verməməkdə davam etsə, xalq öz impicmentini həyata keçirəcək» – deputat qeyd edib.

Bundan əvvəl «Yeni qüvvələr hərəkatı» partiyasının lideri Mixail Saakaşvili «İmpicment uğrunda yürüş» təşkil etmişdi. Onun bir neçə min tərəfdarı Kiyevin küçələrindən keçərək, anti-prezident şüarları səsləndirmiş və oliqarxın (Poroşenkonun – red.) diktaturasını devirməyi tələb etmişdi.

Aksiyanı Ukrayna jurnalistləri də dəstəkləmişdi. Onlar KİV-də Poroşenkonun hakimiyyətdən kənarlaşdırılması tələbi ilə petisiya yerləşdirmişdilər.
AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.