Alimlər Yer kürəsinin səsini dinlədi – “Uğultu”nun SİRRİ AÇILDI

13-12-2017, 00:41           
Alimlər Yer kürəsinin səsini dinlədi – “Uğultu”nun SİRRİ AÇILDI
Fransa, Almaniya və Britaniyadan olan bir qrup geofizik Yer kürəsinin səsini dinlədiklərini iddia edirlər. Alimlər yeraltından gələn “uğultunu” aydın şəkildə müşahidə etdiklərini deyiblər.

Alimlər 2012-ci ilin sentyabr ayından 2013-cü ilin noyabr ayına qədər Madaqaskardan şərqdə yerləşən Hind okeanının Reyunon adası ətrafında 57 sferik seysmometr aşkarlayıblar.
Xüsusi filtrlərdən istifadə edən tədqiqatçılar okean dalğalarının hərəkəti ilə əmələ gələn və dalğavari yayılan təbii səslərin nəzdində “uğultular” müşahidə ediblər. Onların sözlərinə görə, bu səslərin ən güclü eşidiləni 2,9-4,5 MHs-dir. Bu isə insan qulağının eşidə biləcəyi tezlikdən təxminən 10 min dəfə zəifdir.

Tədqiqatçılar güman edirlər ki, bu “aşağı tezlikdə olan uğultular” Yer kürəsinin litosfer təbəqəsində gözə çarpmayan seysmik hərəkətlərin titrəyişləri zamanı əmələ gəlir. Bu tam olaraq yeraltı təkan hesab edilmir və çox kiçik olduqları üçün xüsusi avadanlıqlar olmadan onları duymaq qeyri-mümkündür.///publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru