İsrailin Qüds planı ortaya çıxdı

13-12-2017, 08:06           
İsrailin Qüds planı ortaya çıxdı
ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması ciddi etirazlara səbəb olub. Yenicag.az xəbər verir ki, Donald Trampın İsraili cəsarətləndirməsi heç də əbəs yerə deyil. Məsələ burasındadır ki, İsrail Qüdsü tamamilə yəhudiləşdirməyi planlaşdırır.
Maraq üçün bildirək ki, hazırda Qüds sakinlərinin 37 fazini fələstinlilər təşkil edir. Bu isə 324 min vətəndaş deməkdir. İsrail isə ABŞ-dan aldığı dəstəklə onların sayını 100 minə qədər azaltmağı planlaşdırır. Əvəzində isə Qüdsə 300 mindən çox yəhudi yerləşdiriləcək.
Qüdsdəki Sosial və İqtisadi Hüquq Mərkəzinin direktoru Ziyad el-Hamurinin sözlərinə görə, İsrail bu planı həyata keçirəcəyi təqdirdə fələstinlilərin sayı 6-7 faizə qədər azalacaq. Bu məsələdə İsrail zor tətbiq etməyə davam edəcək.
İsrailin Qüdsdəki fələstinlilərə vətəndaşlıq verəcəyinin inandırıcı olmadığını bildirən Hamuri, ABŞ-ın qəbul etdiyi qərarla beynəlxalq platformada tək qaldığını söyləyib.
Qüdsün Əsirlər Cəmiyyətinin rəhbəri Əmcəd Əbu Asab isə Trampın qərarını İsrailin fələstinliləri Qüdsdən didərgin salmaq üçün hazırlıq adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru