Israil Qəzza zolağı ilə sərhədi bağlayıb

14-12-2017, 09:23           
Israil Qəzza zolağı ilə sərhədi bağlayıb
İsrail hökuməti Qəzza zolağı ilə sərhəddə iki sərhəd buraxılış məntəqəsini bağlayıb.

APA-nın məlumatına görə, bu barədə “The Times of Israel” xəbər verib.

Buna səbəb kimi son günlər Qəzza zolağından İsrail ərazisinin raketlərdən atəşə tutulması göstərilir.

Məlumata əsasən, "Erez" və "Kərəm Şalom" sərhəd keçidləri humanitar hallar istisna olmaqla, insanların və malların buraxılması üçün bağlanıb. Keçidlərin nə vaxt açılacağı barədə məlum verilmir












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.