Prezident xalqı hökumətə qarşı mitinqə səslədi

14-12-2017, 11:13           
Prezident xalqı hökumətə qarşı mitinqə səslədi
Moldova hökuməti ölkənin dövlət dilini “rumın dili” adlandırmaqla ictimaiyyəti parçalayır.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Moldova Prezidenti İqor Dodon paylaşıb.

“Mən xalqın parçalanması cəhdindən və Konstitusiyanın kobud şəkildə pozulmasından narahatam. Hökumətin bu addımının ağır nəticələri olacaq. Bu məsələlər referendumda həll edilməlidir. Moldova əhalisinin böyük əksəriyyəti rumın yox, moldovan dilində danışırlar. Mən hər şeyi edəcəm ki, öz dilimiz, tariximiz, mədəniyyətimizi qoruyaq. İnsanlar kütləvi şəkildə özlərinin seçdiyi prezidentlə küçələrə çıxacaqlar”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Moldova hökuməti konstitusiya dəyişikliyi təsdiqləyib. Bu qərara əsasən, bundan sonra dövlət dili rumın dili adlanacaq.

SSRİ işğalına qədər olan dövr ərzində Moldova Rumıniyanın bir parçası olub. SSRİ dağıldıqdan sonra parçalanmış xalq nə qədər bir araya gəlmək istəsə də, buna müvəffəq ola bilməyib. İki dövlətin birləşməsinə əsas maneə Moldovadakı rusiyayönlü əhalinin Rumıniyanı özünə yaxın bilməməsi və ölkədəki Rusiya təbliğatı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru