Bu Avropa ölkəsi Fələstini tanıya bilər

14-12-2017, 11:19           
Bu Avropa ölkəsi Fələstini tanıya bilər
Sloveniyanın xarici işlər naziri Karl Eryavek ölkəsinin Fələstini tanımaq zamanı gəldiyini deyib.
Muxalifət.az xəbər verir ki, nazir bu barədə Sloveniyada koalisiya hökumətini quran siyasi partiya liderlərinin toplantısında çıxışında deyib.
O, Fələstini tanımaq mövzusunda hökumətin atacağı addımların təyin edilməsi məsələsini xüsusilə vurğulayıb.
Toplantıda gələn həftə keçiriləcək görüşdə bu mövzunun müzakirə edilməsi üçün lazımi hazırlıqların aparılması xarici işlər naziri Karl Eryavekə tapşırılıb.
Sosial Demokratlar Partiyası isə bu qərarın qəbul edilməsindən öncə Sloveniyanın tək qalmaması üçün digər Avropa İttifaqı ölkələri ilə birlikdə hərəkət edilməsini tövsiyə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru