Kanadanın cənubunda "Hydro One" elektrik şirkətinə məxsus helikopter qəzaya uğrayıb.
Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 4 nəfər ölüb.
"Böyük təəsüf hissi ilə təsdiqləyirik ki, helikopterimizin iştirakı ilə Tvid yaşayış məntəqəsində baş vermiş qəzada 4 əməkdaşımız həlak olub", deyə şirkət özünün "Tvitter" səhifəsində yazıb.