ABŞ-da 5 il ərzində minə yaxın uşaq güllələnərək öldürülüb

15-12-2017, 07:49           
ABŞ-da 5 il ərzində minə yaxın uşaq güllələnərək öldürülüb
ABŞ-da 2012-ci ildən bu yana yaşı 12-dən az olan 994 uşaq odlu silahdan istifadə yolu ilə qətlə yetirilib.

"Report" "NBC"yə istinadən xəbər verir ki, hesabat Konnektikut ştatının Sendi-Huk şəhərində ibtidai məktəb yetirmələrinin 2012-ci ilin dekabrında qətlə yetirilməsi zamanından aparılıb.

Həmin vaxt 20 yaşlı manyak 6-7 yaş aralığında olan 20 uşağı və yaşca böyük daha 6 nəfəri güllələyib.

Telekanal güllələnmə qurbanı olan uşaqların sayını müəyyən etmək üçün The "Gun Violence Archive" qeyri-kommersiya profil təşkilatı, "Slate.com" onlayn jurnalı, həmçinin dövlət idarələrinin arxiv və statistika məlumatlarını və xəbərlərin xronikasını tədqiq edib.

Bu rəqəmə həmçinin bir uşağın təsadüfən digərini və ya özünü öldürdüyü hadisə də daxil edilib.

Təkcə son 10 ildə ABŞ-da iyirmindən çox kütləvi qətl törədilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru