ABŞ qırıcıları rus təyyarəsini atəşə tutdu

15-12-2017, 10:54           
ABŞ qırıcıları rus təyyarəsini atəşə tutdu
ABŞ Hərbi Hava Qüvvələri Suriyada Rusiyanın Su-25 qırıcılarına atəş açıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “İndependent” qəzeti yayıb.

ABŞ-ın F-22 qırıcıları Rusiya təyyarələrinə əvvəlcədən razılaşdırılmış uçuş sərhədini pozduqlarına görə xəbərdarlıq atəşi açıb. Bundan sonra rus təyyarələri ərazini tərk ediblər.

Pentaqonun yaydığı məlumatda isə Suriyada əməliyyatların birində ABŞ və Rusiya qırıcılarının bir-birilərinə təhlükəli dərəcədə yaxınlaşdığı vurğulanıb.

Qeyd olunub ki, anlaşılmazlıq qısa zamanda yoluna qoyulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru