Kanadalı milyarder həyat yoldaşı ilə birgə evində ölü tapılıb

16-12-2017, 09:24           
Kanadalı milyarder həyat yoldaşı ilə birgə evində ölü tapılıb
Kanadalı milyarder, “Apotex” şirkətinin prezidenti Barri Şerman həyat yoldaşı ilə birgə Torontodakı evində ölü tapılıb.



APA-nın məlumatına görə, bu barədə CBC telekanalı xəbər verib.



Hadisənin səbəbləri hələ ki, məlum deyil. İlkin təhqiqat zamanı polis bir nəfər şübhəlini saxlayıb.



“Apotex” şirkəti 1974-cü ildə B. Şerman tərəfindən təsis edib. Dərman preparatları istehsal edən şirkətin məhsulları 115-dən çox ölkəyə ixrac olunur. Bu ilin noyabrında “Canadian Business” jurnalı 75 yaşlı Barri Şermanı ölkənin ən varlı insanlarının siyahısına daxil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru