Bu qəsəbənin dünyada tayı-bərabəri yoxdur - FOTO

16-12-2017, 09:59           

Almaniyanın Nördlingen qəsəbəsinin dünyada ikinci bir bənzəri yoxdur.

Publika.az xəbər verir ki, bu qəsəbədəki evlərin damı almaz daşları ilə örtülüdür.

Buna səbəb isə təxminən 15 milyon il öncə bir meteoritin Yerə düşməsi ilə əmələ gələn almaz yatağıdır. Qəsəbəni quran sakinlər bir vulkan kraterinin yaxınlığında olduqlarını düşünüblər. Çünki meteorit Yerə düşərkən 26 km diametrlik bir çökəklik yaradıb. Yaranan çökəklikdəki karbon şarları daha sonra almaza çevrilib.

Qəsəbənin tarixi 9-cu əsrə qədər uzanır. Yaşayış evlərinin bəziləri həmin almaz yatağından çıxarılan daşlardan tikildiyi üçün Günəş çıxan zaman evlər də parıldayır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru