ELM DÜNYASI ŞOKDA: bu ailə heç bir ağrını hiss etmir
16-12-2017, 10:33

İtaliyada 78 yaşlı bir qadın, həyat yoldaşı və 3 övladları elm adamlarının tədqiqat obyekti oldu. Buna səbəb ailənin fiziki ağrıya qarşı müqavimətli olması, daha dəqiq desək, ağrı hiss etməmələridir.
Hurriyyet.org xəbər verir ki, London Universitetinin alimi Ceyms Cox Marsili ailəsinin istənilən xəsarət zamanı yalnız bir neçə saniyə ağrı hiss etdiyini bildirib. O deyib ki, ailə üzvlərindən biri Letisiya avar çəkərkən çiynini qırıb, amma hiss etməyib. Bütün günü avar çəkməyə davam edib, hətta bundan sonra avtomobili ilə evinə gəlib. Çiyninin qırıldığından isə yalnız sonrakı gün həkim müayinəsinə getdiyi zaman xəbərdar olub.
Ailənin digər üzvlərinin də qol və ayaqlarında qırıq, sınıq və çatlar var.
Alim deyib ki, illərlə Marsililər üzərində apardığı araşdırmanın sonucu olaraq bunun səbəbini tapıblar. Məlum olub ki, ailənin agrı hiss etməməsinin səbəbi mutasiya olunmuş “ZFHX2” adlı gendir.
Tibb mütəxəssisləri bu genlə siçanlar üzərində təcrübə apararaq onların da həmin gen sayəsində istənilən ağrıya dayanıqlı olduğunu görüblər. Alimlərin fikrincə, Marsili ailəsinda tapılan mutasiya etmiş genin ağrıkəsicilərin daha da təkmilləşdirilməsinə böyük yardımı olacağını bildiriblər.