ABŞ-ın Kaliforniya ştatında naməlum şəxs avtomobildən insanlara atəş açıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb. Yaralananlar xəstəxanaya yerləşdirilib. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir. İnsident Los-Anceles şəhərinin şimalında baş verib.
Məlumata əsasən, atəş açanın saxlanılması barədə məlumat daxil olmayıb.