Buxarestdə Rumıniyanın keçmiş kralı I Mixayın dəfn mərasimi keçirilib

17-12-2017, 10:52           
Buxarestdə Rumıniyanın keçmiş kralı I Mixayın dəfn mərasimi keçirilib
Rumıniyanın paytaxtı Buxarest şəhərində ölkənin keçmiş kralı I Mixayın dəfni mərasimi keçirilib.

"Report" xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Məlumatda bildirilir ki, o, 97 yaşında vəfat edib. Avropanın bəzi ölkələrinin kralları, İspaniyanın sabiq kralı I Xuan Karlos və Brtianiya şahzadəsi Çarlz da daxil olmaqla sabiq monarxla vidalaşmaq üçün Rumıniyaya gəliblər.

I Mixay İsveçrədəki iqamətgahında 97 yaşında vəfat edib. Ötən ilin martında ona onkoloji xəstəlik diaqnozu qoyulub.

I Mixay Rumıniyaya iki dəfə - 1927-ci ildən 1930-cu ilə qədər, həmçinin 1940-cı ildən 1947-ci ilə qədər rəhbərlik edib. O, ikinci hakimiyyəti dövründə ölkəni Hitler koalisiyasından çıxarıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru