Sorğu: Britaniyada "Brexit" əleyhdarlarının sayı artıb

17-12-2017, 10:55           
Sorğu: Britaniyada "Brexit" əleyhdarlarının sayı artıb
Böyük Britaniya vətəndaşları arasında aparılan sorğuya əsasən ölkənin Avropa Birliyindən çıxmasını istəməyənlərin sayı, qurumdan çıxmaq istəyənlərin sayındən 10 faiz çoxdur.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "BMG Research" sosioloji xidməti məlumat yayıb.

Sorğu zamanı respondentlərə 2016-cı ildə keçirilən referendum zamanı verilən sual ünvanlanıb: Birləşmiş krallıq Avropa Birliyinin üzvü qalmalıdr yoxsa İttifaqı tərk etməlidir? Respondentlərin 51 faizi qurumda qalmağa, 41 faizi çıxmağa razılıq bildirib, rəyi soruşulanların 7 faizi – "bilmirəm” cavabını verib. Respondentlərin 1 faizi isə suala cavab veməkdən imtina edib.

Sorğu 5-8 dekabr tarixlərində 1509 Böyük Britaniya vətəndaşı arasında aparılıb.

Böyük Britaniyanın Aİ çıxıb-çıxmaması ilə bağlı referendum 2016-cı ilin 23 iyununda keçirilib. Səsvermədə Aİ əleyhdarları 51,9 faiz səs, qurumda qalmağın tərəfdarları isə 48,1 faiz səs toplayıb. Birləşmiş Krallığın Avropa Birliyindən ayrılmasının rəsmi tarixi 29 mart 2019-cu ilə təsadüf edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru