“Google” Hindistanda interneti lazer şüası vasitəsilə çatdıracaq

17-12-2017, 12:06           

“Google” şirkəti və “AP State FiberNet” telekommunikasiya operatoru Hindistanın Andxra-Pradeş ştatında lazer şüaları texnologiyasının köməyilə yüksəksürətli internet qoşulmanın çatdırılması üzrə şəbəkə istifadəyə verəcəklər. Bu təşəbbüs hökumətin 2019-cu ilədək 12 milyon ev idarəetməsinin (əsasən kənd sakinlərinin) internetə çıxışını təmin etmək istəyi ilə bağlıdır.

Naxcivantv.az xəbər verir ki, gələn ilin yanvarından Hindistanda 2 min atmosfer optik rabitə nöqtəsi əlçatan olacaq. “Google”un nümayəndələri bildirib ki, bu layihə əsas giriş nöqtələrində kritik kəsilmələri aradan qaldırmaq üçün nəzərdə tutulub.

Xatırladaq ki, “Google” şirkəti bundan əvvəl “Project Loon” adlı eksperimental layihəni sınaqdan keçirib. Stratosferin alt qatlarında (20 kilometrdən hündür) yerləşdirilmiş nəhəng hava şarları simsiz internet çatdırıb. Bu təşəbbüs planetin ən ucqar nöqtələrində yaşayan insanların internetə çıxışını təmin etmək məqsədi daşıyırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru