MKİ Peterburqu xilas etdi: Putindən Trampa zəng

18-12-2017, 01:11           
MKİ Peterburqu xilas etdi: Putindən Trampa zəng
Rusiya Prezidenti Vladimir Putin bazar günü axşam saatlarında ABŞ lideri Donald Trampa zəng edib.
Muxalifet.az xəbər verir ki, Putin MKİ-nin Peterburqda terakta hazırlaşan terrorçuların ələ keçirilməsində informasiya dəstəyi göstərdiyi üçün Trampa təşəkkür edib.
Kremlin yaydığı məlumatda telefon zənginin Putinin təşəbbüsü ilə gerçəkləşdiyi bildirilib.
“Putin bildirib ki, MKİ-dən alınan informasiya terrorçuların izinə düşməyə imkan verib. Putin Trampdan xüsusi təşəkkürünü MKİ direktoruna çatdırmağı da xahiş edib”, - məlumatda qeyd edilib.
Putin Trampla danışığında, həmçinin, Rusiya kəşfiyyatçılarının ABŞ-a qarşı hər hansı təhdid barədə informasiya əldə edəcəkləri təqdirdə dərhal amerikalı həmkarlarını məlumatlandıracaqlarını bildirib.
Qeyd edək ki, Sankt-Peterburqda terakt həyata keçirməyə çalışan İŞİD-ə bağlı 5 nəfər yaxalanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru