Amerikalı hərbi ekspert Daniel Ellsberq III Dünya müharibəsinin başlanma ehtimalları və onun nəticələri ilə bağlı “Qiyamət maşını: Bir nüvə strateqinin etirafı” kitabında bəhs edib.
Axar.az xəbər verir ki, ekspertin fikrincə, texniki sahəsində hər hansı uğursuzluq, beynəlxalq KİV-də yayılan əsassız xəbər, yaxud da saxta dəlilə əsaslanan məlumat sayəsində yeni dünya müharibəsi alovlana bilər.
Ellsberq bildirib ki, Moskvada və ya Vaşinqtonda baş verə biləcək terror hücumları ilə bağlı yayılan dezinformasiya nüvə müharibəsi üçün qığılcım rolunu oynamaq imkanına malikdir.
Yazar onu da əlavə edib ki, aparıcı nüvə gücləri malik olduqları dağıdıcı qüvvədən daha çox potensiala malikdir və onlar bir neçə gün ərzində miyonlarla insanın ölümünə, bəşəriyyətin məhvinə səbəb ola bilərlər