Əhmədinejad İran hökumətini hədələdi – “Məhkəmə islah olarsa, ölkə islah olacaq....”

18-12-2017, 17:56           

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad ona qarşı korrupsiya iddialarının sübut edilməməsi təqdirdə danışacağını açıqlayıb.

teref.az xəbər verir ki, İranın keçmiş prezidenti Əhmədinejad korrupsiya, fitnə çıxarma və Babək Zəncaniyə (Rza Zərrabın biznes tərəfdaşı və hazırda İranda həbsdədir: avropa.info) dəstək vermə ittihamı ilə üzə-üzədir.

Keçmiş prezident yaydığı son videoda ona qarşı olan iddialara cavab verib.

“Məni korrupsiya, fitnə çıxarmaq və Babək Zəncaniyə dəstək verməkdə ittiham edənlərə bunu sübut etmələri üçün 48 saat möhlət verirəm. Əks təqdirdə danışacağam. Məhkəmə islah olarsa, ölkə islah olacaq” deyə Əhmədinejad bildirib.

Keçmiş prezidentin videosundan sonra açıqlama verən İran baş prokuroru isə Əhmədinejada lazımi cavab verəcəklərini deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.