Gözlər bir daha Trampda! - BU AXŞAM ELAN EDİR
18-12-2017, 20:15

Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq, dünyanı ayağa qaldıran ABŞ prezidenti Donald Tramp ölkəsinin milli təhlükəsizlik strategiyasını açıqlayacaq. “Röyters” Vaşinqtonun Çini özünün yeni strateji rəqibi elan edəcəyini bildirir.
İqlim dəyişikliyi məsələsinin ABŞ-ın milli təhlükəsizlik təhdidləri siyahısından çıxarılması gözlənilir.
“Röyters”in məlumatına görə, yeni strategiyada “ABŞ-ın rifah səviyyəsinin yüksəldilməsi”, “qüvvə vasitəsilə sülhün təmin edilməsi” və “ABŞ-ın nüfuzunun artırılması” kimi hədəflər əsas götürüləcək.
Adlarının açıqlanmaması şərti ilə agentliyə müsahibə verən bəzi ABŞ məmurları isə yeni strategiyanın Çini birbaşa hədəf seçmədiyini, sadəcə, Çinin ABŞ üçün yarada biləcəyi risklərə diqqət veriləcəyini deyiblər.
ABŞ prezidenti Donald Tramp ötən ay Çin ilə 250 milyard dollarlıq dollarlıq müqavilə imzalamış, Çinə səfərinin çox məhsuldar keçdiyini bəyan eləmişdi.
Çin XİN məlumatına görə, 2016-cı ildə ölkədə investisiyası olan ABŞ şirkətlərinin ümumi mənfəəti 36 milyard 200 milyon dollara çatıb.
Hurriyyet.org