Tibb işçisi 23 qadını zorladı

19-12-2017, 00:16           

Almaniyada tibb işçisi 7 il ərzində çalışdığı klinikada xəstələri zorlayıb.

AMİA.AZ Almaniya KİV-lərinə istinadən xəbər verir ki, 41 yaşlı Sven E. cinayətləri 2009-2016-cı illərdə törədib.

Məlumata görə, o, xəstələri tədqiqat məqsədilə sakitləşdirici dərman atmalı olduqlarına inandırıb. Sakitləşdirici qəbul edən pasiyentlər isə cinsi istismara məruz qalıb.

Hüquq-mühafizə orqanları cinayətin üstünü açdıqdan sonra tibb işçisi həbs olunub. O, çıxarıldığı məhkəmədə cinayətlərini etiraf edib. Sven E. 10 il müddətinə azadlıqdan məhrum edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.