ABŞ-da qatar qəzası zamanı bir neçə nəfər ölüb, onlarla insan xəsarət alıb – YENİLƏNİB

19-12-2017, 00:39           
ABŞ-da qatar qəzası zamanı bir neçə nəfər ölüb, onlarla insan xəsarət alıb – YENİLƏNİB
ABŞ-da sürət qatarının relsdən çıxması nəticəsində azı 3 nəfər ölüb.
Kivnews.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edilir ki, ölənlərin hamısı sərnişinlərdir. Hadisə Vaşinqton ştatının şimal-qərb hissəsində baş verib.
Qəza zamanı daha 77 nəfər xəsarət alıb.

****

ABŞ-ın Vaşinqton ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində azı 77 nəfər xəsarət alıb.
APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyinə tibbi mənbələrdə bildirilib.
İnsident nəticəsində ölənlərin olduğu bildirilsə də, onların sayı barədə hələ ki, məlumat yoxdur.

****

ABŞ-ın Vaşinqton ştatında sürətli sərnişin qatarı relsdən çıxıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qatarın Sietl – Portlend marşrutu ilə hərəkət etdiyi bildirilir.

İnsident nəticəsində yaralananların olduğu bildirilsə də, onların sayı barədə hələ ki, məlumat yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru