Narışkin: “ABŞ bizim dövlətlərə qarşı elan olunmamış hibrid müharibəsi aparır”
19-12-2017, 17:55
"ABŞ və onun "sözəbaxan müttəfiqləri" Ukraynanın demokratikləşdirilməsinin uğursuzluğundan sonra MDB ölkələrindəki milli idarəetmə sistemlərinin demontajı kursu götürüblər".
“İnterfaks” xəbər verir ki, bunu Rusiya paytaxtında keçirilən MDB ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanları Şurasının iclasında çıxış edən Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkin bildirib.
Onun sözlərinə görə, Qərbin apardığı genişmiqyaslı tədbirlər deməyə əsas verir ki, ABŞ bizim dövlətlərə (MDB dövlətlərinə - red.) qarşı elan olunmamış hibrid müharibəsi aparır.
Narışkin MDB ölkələrinin siyasi rəqiblərinin tam gücü ilə Birlik ölkələri arasında əməkdaşlığın inkişafına maneə olduqlarını söyləyib: "Biz, bu gün bloklararası qarşıdurmanın daha çox odioz formasının şahidi oluruq. Siyasi rəqiblərimiz MDB ölkələri arasında işgüzar və ticarət əlaqələrinin genişləndirilməsinə, qarşılıqlı hesablaşmalarda milli valyutalara keçilməsinə və tranzit imkanlarının inkişafına mane olur".