ABŞ-IN FOND İNDEKSLƏRİ REKORD DƏRƏCƏLƏRDƏ ARTIB

20-12-2017, 00:42           

ABŞ-ın fond indeksləri həftənin əvvəlində keçirilmiş sessiyaların yekunlarına görə artım nümayiş edərək, satışları rekord dərəcələrdə başa vurublar. Eyni zamanda satınalmalar çərçivəsində ilk dəfə “NASDAQ” indekatoru 7000 bənddən yuxarı qalxıb.

ABŞ Konqresinin Senat və Təmsilçilər Palatasındakı respublikaçıların sözlərinə görə, ötən həftənin sonu vergi islahatı haqqında qanun layihəsi tam razılaşdırılıb. Yeni qanun layihəsi üzrə səsvermə bu həftənin sonuna qədər baş tutacaq.

Vergi islahatına görə, ABŞ-da şirkətlərdən tutulan gəlir vergisi indiki 35% göstəricisindən 21% qədər azaldılacaq. Bundan əlavə korporasiayaların xarici gəlirlərindən tutulan vergilər üzrə yeni rejim tətbiq ediləcək. Siyasətçilərin gözləntilərinə görə verginin azaldılması şirkətlərin gəlirlərini (tərqibən 10%) artıracaq və nəticədə istehlakçı tələbatı da artacaq.

ABŞ İqtisadiyyat naziri Stiven Mnuçin hesab edir ki, yekun qanun layihəsi sənədi imzalanmaq üçün Donald Trampın masasına yeni il tətillərinə qədər qoyulacaq.

Həftənin Bazar ertəsi “S&P 500” tərkibində olan 11 sektorun 8-də artım müşahidə olunub. Onlar arasında ən böyük artımı maliyyə və energetika şirkətlərinin səhmləri göstərib. “Wells Fargo” kağızlarının qiyməti 1,8%, “Bank of America”nınkılar isə 1,5% artıb.

Yüksək texnologiya şirkətləri də satınalmaları müsbət göstəricilərdə yekunlaşdırıblar. “Amazon” 1%, “Apple” 1,4% artım əldə edib.

“Campbell Soup Co” kağızlarının qiyməti 0,1% bahalaşıb.

“Oracle Corp” kapitalizasiyası 1,2% azalıb. ABŞ şirkəti Avstraliyanın “Aconex Ltd.” “bulud” sistemlərini yaradan şirkətini satın alaraq, onun idarə etdiyi 1,2 milyard dollarlıq layihələrə sahib olub.

“Akamai Technologies” İKT şirkətinin kotirovkaları 14% artıb. Bir müddət öncə “Elliott Management” investisiya fondu məlumat yayıb ki, şirkətin 6,5% səhmləri ona məxsusdur.

“JPMorgan Chase” bankının mütəxəssisləri “Twitter Inc.” səhmləri üzrə tövsiyyələrini “al” göstəricisinə qədər artırdıqdan sonra, onun kağızları 11% artım əldə edib.

“Dow Jones Industrial Average” indeksləri 140,46 bəndi (0,57%) keçərək, 24792,2 bəndə çatıb.

“Standard & Poor's 500” 14,35 bənd (0,54%) artaraq, 2690,16 bəndə qalxıb.

“Nasdaq Composite” 58,18 bənd (0,84%) artıb və yekunda 6994,76 bənd nəticə göstərib. finmarket.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.