Fransa 2040-cı ilə qədər neft hasilatından imtina edəcək

20-12-2017, 08:06           
Fransa 2040-cı ilə qədər neft hasilatından imtina edəcək
Fransa parlamenti çərşənbə axşamı ikinci oxunuşda 2040-cı ildən etibarən neft və qaz axtarışı və karbohidrogen yataqlarının istismarına qadağaya dair qanun layihəsini qəbul edib.

“Report” xəbər verir ki, bunu Fransanın kompleks ekoloji dəyişikliklər naziri Nikolya Yuno səsvermənin nəticələri açıqlandıqdan sonra deyib.

"İlk səhifə yazılıb, Fransanın mədən yanacaqlarından istifadədən tam imtina etməsi üçün təməl qoyulub", - deyə o əlavə edib.

Onun sözlərinə görə, bu qanun ləğv oluna bilməz, lakin bunun ardınca hasilatın və mədən yanacağına tələbatın azaldılması üzrə əlavə tədbirlər görülməsə, o, real təsir gücünə malik olmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru