BMT husilərin Ər-Riyada atdığı raketi İran mənşəli hesab etməyib

20-12-2017, 08:07           
BMT husilərin Ər-Riyada atdığı raketi İran mənşəli hesab etməyib
BMT ekspertləri Yəmən üsyançıları tərəfindən Səudiyyə Ərəbistanına atılan raketin hissələri üzrə araşdırmanı davam etdirirlər və onun İran mənşəli olması ilə bağlı yekdil qərar qəbul etməyiblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı BMT baş katibinin siyasi məsələlər üzrə müavini Ceffri Feltman Təhlükəsizlik Şurasının iclasında deyib.

Müavin eyni zamanda hissələrin İranın "Qiam-1" raketi ilə oxşar olduğunu da bildirib.

Dekabrın 14-də ABŞ-ın BMT yanındakı nümayəndəsi Nikki Heyli Vaşinqtondakı hərbi bazada noyabrın 4-də husilər tərəfindən Ər-Riyadın beynəlxalq hava limanı istiqamətində atılan və və Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulan raketin hissələrini təqdim edib.

Diplomat iddia edib ki, Amerika hərbi ekspertləri belə bir qənaətə gəliblər ki, jurnalistlərə təqdim olunan raket, həmçinin digər hərbi avadanlıq İranda istehsal olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru