Ağ Ev Şimali Koreya ilə danışıqları dəstəkləyir

20-12-2017, 08:30           
Ağ Ev Şimali Koreya ilə danışıqları dəstəkləyir
“Ağ Ev Şimali Koreya ilə diplomatik danışıqların aparılmasını dəstəkləyir. Vaşinqton Pxenyanın danışıqların aparılmasına hazır olmasını gözləməkdədir”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Reks Tillerson bildirib.

“Ağ Ev diplomatik danışıqlardan imtina etmir. Prezident və Ağ Evin mövqeyi Şimali Koreyaya qarşı təzyiq kampaniyası aparmaqdır. Ağ Evin mövqeyi aydındır: Ağ Ev diplomatik danışıqları dəstəkləyir. Lakin biz Şimali Koreyanın belə bir nəticəyə gəlməsini gözləyirik. O vaxtadək isə təzyiq gücləndiriləcək”, - deyə dövlət katibi qeyd edib.

Onun sözlərinə görə, Şimali Koreya təmaslara hazır olduğunu bəyan etdikdən sonra ABŞ danışıqlara başlaya biləcək.

“Ən əsası odur ki, Şimali Koreya bir şeyi anlamalıdır: nüvə proqramının icrası davam etdirildikcə təzyiq daha da gücləndiriləcək”, - deyə R.Tillerson qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru