Ukrayna Nazirlər Kabinetinin əməkdaşı casusluq ittihamı ilə saxlanılıb

21-12-2017, 09:17           
Ukrayna Nazirlər Kabinetinin əməkdaşı casusluq ittihamı ilə saxlanılıb
Dekabrın 20-də Kiyevdə Ukrayna Nazirlər Kabineti katibliyinin əməkdaşı saxlanılıb.

APA-nın “ukranews.com”-a istinadən verdiyi xəbərə görə, baş nazirin protokol xidməti rəhbərinin müavini Stanislav Yejov Rusiyaya casusluqda ittiham edilir.

Məlumata əsasən, saxlanılan şəxs Ukrayna baş naziri Vladimir Qroysmanın kabinetində tərcümə işi ilə məşğul olub. Ukrayna Təhlükəsizlik Xidməti hesab edir ki, S.Yejov Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə Ukrayna hökumətinin fəaliyyəti haqqında məlumatlar toplayıb.



Stanislav Yejov bundan əvvəl Ali Radada, Ukraynanın ABŞ-dakı səfirliyində və Ukrayna prezidenti administrasiyasında işləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru