“Avropa İttifaqı bu addımları alqışlayır” - Malena Mard

14-08-2015, 12:13           
“Avropa İttifaqı bu addımları alqışlayır” - Malena Mard
“Mərkəzi Seçki Komissiyası Azərbaycanda seçkilərin şəffaf keçirilməsi istiqamətində xeyli işlər görüb. Avropa İttifaqı bu addımları alqışlayır”.

AzVision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komiossiyası və Avropa İttifaqının (Aİ) Bakıda təşkil etdiyi seminarda çıxışı zamanı Aİ-nin Azərbaycandakı səfiri Malena Mard deyib. Xanım səfir bildirib ki, Azərbaycanda bu ilin noyabrında keçiriləcək növbəti parlament seçkiləri ölkəmizə diqqəti artırıb:

“Bu seçkiləri beynəlxalq müşahidəçilər diqqətlə izləyəcək”.

Aİ-nin Azərbaycandakı səfiri qeyd edib ki, MSK beynəlxalq təşkilatların seçkilərin keçirilməsi ilə bağlı verdiyi tövsiyyələri nəzərə almalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.