Nijni Novqorodda insident -Məşhur modelin xəstə bacısını azərbaycanlıların kafesindən qovublar?

14-08-2015, 13:13           
Nijni Novqorodda insident -Məşhur modelin xəstə bacısını azərbaycanlıların kafesindən qovublar?
Rusiyanın İstintaq Komitəsinin müstəntiqləri avqustun 11-də Avtozavodsk mədəniyyət və istirahət parkında baş verən fakt üzrə yoxlama aparırlar.

Oxu.az Rusiya KİV-nə istinadən xəbər verir ki, model Natalya Vodyanovanın anası Larisa Kusakina polisə şikayət ərizəsi ilə müraciət edib.

Onun sözlərinə görə, Avtozavodsk parkında kafe əməkdaşları onun 27 yaşlı kiçik qızı Oksananı kafedən qovublar. Qız ciddi xəstədir və yanında başqasının müşayiəti olmadan gəzə bilmir.

“Vesti-Privoljye” proqramının jurnalistləri baş verənlərin təsvirini yaratmağa çalışıblar: “Dərdə şərik olmaya dair 56 min 947 qeyd, 3 min 241 şərh".

Dünya şöhrətli model Natalya Vodyanova doğma bacısı Oksananın Nijni Novqorodda başına gələn ürək sızladan hadisə barəsində öz sosial şəbəkəsindəki səhifəsində yazıb: “Dünən anam işdə olarkən, dayə bacım Oksana ilə gəzməyə gedib. Oksanaya bir neçə il bundan öncə autizm və serberial iflic diqanozu qoyulub, Oksana xüsusi inkişaf xüsusiyyətləri olan adamdır...”.

Dünən çox isti idi və onlar Avtozavodsk parkında təxminən bir saat gəzdikdən sonra yorularaq kafeyə daxil olublar. Kafenin sahibi gələrək kobud formada onlardan getmələrini istəyib: “Gedin burdan, siz bizim müştəriləri qorxudursunuz. Gedin, müalicə olunun və uşağınızı da müalicə etdirin. Sonra ictimai yerə gəlin”.

Dayə üzr istəyərək uşağın başqalarından fərqli olduğunu, onun dincəlməyinin daha yaxşı olacağını bildirib. Kafe sahibi gözləməkdən imtina edib və mühafizəni çağıracağını bildirib. Anamı və ya dayəni indiyə qədər kafedən qovmayıblar.

Ona görə də şok olan dayə, bu vəziyyətdə nə edəcəyini bilmək üçün anama zəng edib, çünki Oksanaya nəyi isə məcburi etdirmək mümkün deyil. Anam ora gələnə qədər Oksananın yanında mühafizəçi durub, anam ora gəldikdən sonra onun dediyi isə bu olub: “Gedin burdan, yoxsa dəlixanaya zəng edib təcili yardım çağıracayıq, sizi zirzəmiyə salacaqlar”.

Baş verənlərdən xəbər tutan “Vesti-Privoljye” proqramının çəkiliş qrupu Avtozavodsk parkına yola düşüb. Baş verənlərin tam təsvirinin şahidləri parkın ərazisində olan mühafizəçilər olub.

Onların iş qrafiki bir gündən birdir. Jurnalistlər onların növbə yoldaşları ilə görüşə biliblər. Onlar baş verənləri yalnız əvvəlki növbənin başçısının sözləri üzrə şərh edə biliblər.

Növbə rəisi İqor: “Qeyri-adekvat qadın olun. O, kafeyə girib və başını divara vurmağa başlayıb, orada siniləri və əlinə keçənləri atmağa başlayıb”.

Kafe yay kafesidir, masalar verandada yerləşir. Bar piştaxtası da açıq məkandadır. Kafenin əməkdaşları qeyd ediblər ki, çox güman ki, Oksananın tutması olub.

Onların sözlərinə görə, o, uzun müddət zalın ortasında oturub, başını bar piştaxtasına vurub.

“Heç kimi qovmayıblar”,- Anar Bayramov əmin edib.

Kafe əməkdaşları vəziyyəti dəyərləndirərək qıza yardım etmək üçün tədbir görməyə çalışıblar.

Anar Bayramov kafenin direktorunun oğludur: “Burada onlara pis münasibət bəsləyə bilməzdilər! Burada adamyeyən yoxdu, hamı gördü ki, qız xəstədir, psixiki xəstəlikdən əziyyət çəkir, o güclə gəzir. Normal insan, başı işləyən adam beləsinə pis münasibət bəsləyə bilər? Əgər belə insanı kim isə gəzdirirsə, deməli o ona nəzarət etməlidir, doğrudur? Əgər bu insanın tutması tutursa həmin adam vəziyyəti ələ almalıdır! Biz mühafizə çağırmalı idik ki, mühafizə təcili yardım çağırsın”.

Parkın mühafizəçisinin sözlərinə görə, yalnız bu zaman dayə işə müdaxilə edib. O, qızın anasına zəng edib, o isə tez bir zamanda gəlib.

“Anası nə olduğunu soruşmadı. O, nalayiq sözlərlə burada hamını təhqir etdi, az qala aşpazı sini ilə vuracaqdı”,- Anar Bayramov deyib.

Olanları yalnız şahidlər təsdiqləyə bilər. Kafenin ərazisində kamera yoxdur. Mühafizə əməkdaşları bildiriblər ki, baş verənləri qeydə almaq üçün polis çağırılıb.

Rusiya DİN-nin Nijni Novqorod İdarəsindən Natalya Yevsina: “2015-ci ilin avqust ayının 11-də baş verən hadisənin araşdırılmasına dair Nijni Novqorod üzrə Rusiya DİN-nin polis idarəsinə şikayət ərizəsi hər iki tərəfdən daxil olub. Yoxlama başa çatdıqdan sonra hadisəyə hüquqi qiymət veriləcək”.

Kimin müqəssir, kimin isə haqlı olduğunu istintaq müəyyənləşdirəcək.

Cari fakt üzə avqust ayının 13-də Rusiyanın İstintaq Komitəsi tərəfindən “insan ləyaqətini mənsub olduğu sosial qrup əlamətlərinə görə alçaltma, zorakılığın tətbiq edilməsi və ya tətbiq edilməsinə dair hədə-qorxu” maddəsi üzrə cinayət işi açılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.