Dominikanada bu içkidən 32 nəfər zəhərlənib: 12 ölü 27-12-2017, 09:02 Dominikan Respublikasının Elias-Pinya əyalətində saxta romdan 32 nəfər zəhərlənib.Trend-in məlumatına görə, bunu ölkənin səhiyyə naziri Altaqrasiya Qusman bildirib.Onun sözlərinə görə, zəhərlənən 32 nəfərdən 12-si həlak olub. Spirtli içki olan rom Dominikanaya Haitidən gətirilib.A.Qusman əhalini naməlum mənşəli spitli içkidlərdən istifadədən çəkinməyə çağırıb. Facebook-da paylaş