İtmiş təyyarənin qalıqları tapıldı — 54 ölü

16-08-2015, 21:55           

İndoneziyanın “Trigana Air” aviaşirkətinə məxsus olan və bazar günü itən ATR 42 sərnişin təyyarəsinin qalıqları tapılıb. Sərnişinlər və bütün ekipaj üzvləri həlak olub.

Bu barədə İndoneziya rəsmiləri məlumat yayıblar. Təyyarə Cyapurdan Oksimplə uçurmuş.

Xəbərlərə görə, qəza baş verən rayonda hava şəraiti olduqca əlverişsiz olub. İlkin məlumatlara görə, təyyarə dağa çırpılıb.

Aviaşirkətdən bildirilib ki, təyyarədə 44 nəfər böyük adam, 5 uşaq və südəmər körpə, 5 ekipaj üzvü olub. (musavat)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru