Putin MDB ölkələrinin nümayəndə heyətləri ilə görüşəcək

22-02-2018, 00:17           
Putin MDB ölkələrinin nümayəndə heyətləri ilə görüşəcək
Rusiya prezidenti Vladimir Putin fevralın 22-də Vətən Müdafiəsi Günü münasibəti ilə MDB ölkələri, eləcə də, Venesuela, Qətər və Serbiyanın xarici nümayəndə heyətlərinin rəhbərləri ilə görüşəcək.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Fevralın iyirmi ikisində Vladimir Putin Vətən Müdafiəsi Gününə həsr olunmuş təntənəli gecədə iştirak edəcək. O, Dövlət Kreml Sarayında Azərbaycan, Venesuela, Qazaxıstan, Qətər, Monqolustan, Serbiya, Özbəkistan, Belarus, Qırğızıstan və Ermənistanın nümayəndə heyətləri ilə görüşəcək, həmçinin hərbçiləri, müki personalı və ordu veteranlarını bayram münasibəti ilə təbrik edəcək”, – deyə məlumatda bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru